XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

15 May 2017 - 10:36

BMT Azərbyacanda qida təhlükəsizliyinə kömək etmək istəyir

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin formalaşdırılmasına və fəaliyyətinə kömək etməyə hazırdır.

Bunu Trend-ə FAO-nun baş direktorunun müavini, təşkilatın Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Vladimir Raxmanin deyib.

O qeyd edib: "Şadam ki, Azərbaycan hökuməti Prezidentin fərmanı əsasında Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə qərar qəbul edib". V.Raxmanin bildirib ki, bu, mühüm qərardır: "Qida məhsullarının təhlükəsizliyi üzrə səmərəli sistemin təmin olunması üçün ölkə hökumətinin qərarı FAO-nun əsas tapşırıqlarına cavab verir".

Baş direktorun müavini əlavə edib ki, belə agentliyin yaradılması Azərbaycanda ərzaq məhsullarının təhlükəsizliyi standartlarını yüksəltməyə imkan verəcək və ölkənin ixrac potensialını artıracaq.