XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

15 May 2017 - 11:45

İslam Oyunları ilə bağlı təcili yardıma 66 müraciət daxil olub –Nazirlik

IV İslam Həmrəyliyi Oyunları başlanandan indiyədək kimi  Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə 66 müraciət daxil olub.

 Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, onlardan 24 şəxs xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, həmin şəxslərdən 22 nəfəri Klinik Tibbi Mərkəzə aparılıb, 3 nəfər konsultasiyadan sonra evə buraxılıb. Xəstəxanada olan şəxslər müalicədən sonra evə yazılıb: "Təcili yardıma müraciət edən 66 nəfərdən 18 nəfəri əcnəbidir və onlardan 11 xəstəxanaya aparılıb. Konsultasiya olunan 3 şəxs də əcnəbidir. 48 nəfər yerli iştirakçıya baxış olub və  onlardan 10 nəfəri hospitalizə edilib. İştirakçıların 22-si Mərkəzi Klinik Xəstəxanaya, digəri 2 nəfər idmançıların Bərpa Mərkəzinə yerləşdirilib. Diaqnozları baş ağrıları, hərarət, aritmiya və.s olub".

 Nazirlik rəsmisi əlavə edib ki, hazırda Kliniki Tibbi Mərkəzdə cəmi bir nəfər var. Xəstəxanaya yerləşdirilənlərin hər birinə yüksək səviyyədə lazımi tibbi yardım göstərildiyini deyən S. Əhmədova qeyd edib ki, qalan 1 nəfər bu gün evə buraxılacaq.