XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

10 Noyabr 2015 - 09:16

İnsan alveri ilə bağlı 103 cinayət işi açılıb – DIN

 

insan alveri ted.jpg

“Bu ilin 10 ayı ərzində Azərbaycanda insan alveri ilə bağlı 103 cinayət faktı qeydə alınıb.

Bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov deyib. (Report)

O bildirib ki, 7 məcburi əməyə cəlbetmə faktı da aşkarlanıb: “Görülən işlər nəticəsində 11 insan alveri məqsədilə sənədlərin qanunsuz hazırlanması faktı da qeydə alınıb”.

İ.Qurbanov qeyd edib ki, bu cinayətlərlə bağlı 26 nəfər məsuliyyətə cəlb edilib.

Şöbə rəisi əlavə edib ki, bütövlükdə 58 insan insan alverinin qurbanı müəyyən olunub: “Onlara təzminat verilməklə bütün zəruri tədbirlər görülüb”.