XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

15 May 2017 - 16:38

Məğlubedilməz “Mauqli”:Zabit Səmədov yenə qalib gəldi - FOTO

Azərbaycanın məşhur kikboksçusu, dünya çempinu, “Mauqli” ləqəbli məğlubedilməz Zabit Səmədov növbəti görüşünü keçirib.

Ötən şənbə günü 33 yaşlı azərbaycanlı idmançı  Türkiyədə keçirilən turnirdə belçikalı Məhəmməd Malik Sinistra ilə üz-üzə gəlib. İstanbul Gebze İdman Sarayında baş tutan döyüş Zabit Səmədovun 2-ci raundda qazandığı qələbəsi ilə yekunlaşıb.

Rəqib ikinci raundda azərbaycanlı döyüşçünün endirdiyi zərbələrdən sonra sağ ayağından aldığı ciddi zədə üzündən döyüşü davam etdirə bilməyib. Və hakim qarşılaşmanın Z.Səmədovun xeyrinə dayandırıb. Beləliklə, Zabit Səmədov peşəkar karyerasında 76-cı qələbəsini, 36-cı nokautunu reallaşdırıb. Qarşılaşmanı Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Gebze idman zalında canlı olaraq izləyib və qalib idmançımızı təbrik edib.

“Mauqli” Məhəmməd Malikə qarşı döyüşə hazırlaşmaq üçün iki həftə ərzində Tailandda hazırlıq keçmişdi, son məşqlərini isə Bakıda edib. Döyüşçü jurnalistlərə açıqlamasında Türkiyədəki mötəbər turnirə hazırlıq zamanı ona dəstək verənlərə təşəkkürünü çatdırıb.

“Mənə dəstək olan hər bir insana çox sağ ol deyirəm. Bu döyüşə hazırlıq zamanı Azərbaycanın tanınmış iş adamı Fərhad Əhmədovun dəstəyini hiss etdim. Ona təşəkkür edirəm. Söz verirəm ki, qələbə qazanmaq üçün əlimdən gələni edəcəm” – Zabit Səmədov bildirib.

Xatırladaq ki, F.Əhmədovun Göyçayda fəaliyyət göstərən “AzNar” şirkəti Zabit Səmədova sponsorluq edib.