XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 May 2017 - 22:51

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq –VİDEO

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq.

Strateq.az Xezerxeber.az-a istinadən xəbər verir ki, dərsliklərin keyfiyyətini artırmaq üçün ehtiyat dərsliklərin hazırlanması ilə bağlı Təhsil Nazirliyinin bir müddət əvvəl Nazirlər Kabinetinə təqdim etdiyi layihə qəbul edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib. Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına start verilib.

Bu dərsliklər digərlərindən həm də məzmun baxımından fərqli olacaq. Təhsil İnstitutunda Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev deyir ki, bu dərsliklərdə 3 komponent – dərslik, müəllim üçün metodik vəsait və bundan əlavə valideynlər üçün tövsiyyələr də hazırlancaq. Ehtiyat dərsliklərin adi dərsliklərlə müqayisədə hazırlanma prinsipləri fərqli olacaq.

Dərsliklərin hazırlanması üçün hazırda müəlliflərin seçimi aparılır. Ehtiyat dərsliklərin yazılması, onların konsepsiyasının hazırlanması prosesi bir neçə ay çəkəcək. Bu dərsliklərin ödənişli olub-olmaması isə hələ ki, məlum deyil.