35 sayli Xətai III Dairə Seçki Komissiyasının (DSK) sədri İmran Hüseynəliyev bədbəxt hadisə ilə üzləşib.
Strateq.az “Report”a istinadən xəbər verir ki, o, DSK-da keçirilən iclasdan sonra Seçki Dairəsinin inzibati binasından çıxarkən özünü pis hiss edərək yıxılıb. İ.Hüseynəliyev “Təcili tibbi yardım” maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Həkim müayinəsi zamanı DSK sədrinin aldığı xəsarətlərin ciddi olmadığı məlum olub. Ona lazımi tibbi yardım göstərilib.
Qeyd edək ki, noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə 35 sayli Xətai III Seçki Dairəsindən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deputat seçilib. İlkin nəticələrə əsasən, o, ümid Partiyasının sədri, deputat İqbal Ağazadəni qabaqlayıb.
Strateq.az