XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 May 2017 - 14:10

Meksika Bakıda keçiriləcək Qida Sənayesi Sərgisində iştirak edəcək

Meksika, ilk dəfə olaraq, Bakıda 17-19 may tarixlərində baş tutucaq bu sərgidə yer alacaq.

Meksikanın ölkəmizdəki səfirliyindən Strateq.az saytına bildiriblər ki, bununla əlaqədar və Meksikanın kənd təsərrüfatı və qida sənayesi haqqında ətraflı məlumatı təqdim etmək məqsədilə Promexikonun İstambul şəhərindəki iqtisadi işlər üzrə müşavir Xorxe Alberto Kruz Abaskal Bakıya gəlib. Səfərin məqsədi dövlət qurumları və yerli iş adamları ilə ikitərəfli ticarət əlaqələrinin perspektivlərini nəzərdən keçirmək üçün müxtəlif görüşləri həyata keçirməkdir.

Qeyd edək ki, son iki onillik ərzində Meksikanın kənd təsərrüfatı sektoru dünyada özünəməxsus yer əldə edib. Qısa müddət ərzində qida məhsullarının ixracı yeddi qat artıb. Kənd təsərrüfatı ixtisaslaşması yerli və beynəlxalq bazarlarda yüksək gəlirliyin yaranmasına səbəb olub və Meksikanı səməni pivəsi, pomidor, avokado, moruğ, böyürtkən, balqabaq, quava və mango kimi məhsulların dünya üzrə qabaqcıl ixracatçısına çevirib. Bundan əlavə, Meksika, digər məhsullarla yanaşı, qulançar, xiyar, limon, soğan, qarpız, Brussel kələmi, papaya və kakao tozunun ikinci iri təchizatçısıdır.

L.SƏMLA

Strateq.az