XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 Noyabr 2015 - 08:49

Cenevrədə altı nazirlik və Milli Məclis nümayəndələri işgəncələri müzakirə edir

 

BMT.jpg

Noyabrın 11-12-də Cenevrədə BMT-nin İşgəncələr Əleyhinə Komitəsində Azərbaycan üzrə müzakirələr davam edir.

Beynəlxalq hüquq-müdafiə qurumlarındakı mənbələrdən Turan-a məlum olub ki, sessiyada rəsmi Bakı XİN, DİN, MTN, Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Penitensiar Xidmət, Səhiyyə Nazirliyi, parlament və digər qurumların yüksək vəzifəli şəxslərinin iştirakı ilə nümayəndə heyətilə təmsil olunur.

Müxtəlif dövlətlərin nümayəndə heyətlərinin üzvləri Azərbaycan təmsilçilərinə suallar verirlər. Əsasən onlar AİHM-in qərarına zidd olaraq REAL Hərəkatının lideri İlqar Məmmədovun hələ də həbsdə saxlanması, həbsdə olan hüquq müdafiəçiləri Leyla və Arif Yunuslara qarşı təzyiqlər, onlara qarşı zorakılığın tətbiqi ilə bağlı məhkəmə-tibbi ekspertizanın rəyinin yubadılması, Naxçıvan MTN-in təxridxanasında işgəncə nəticəsində Turac Zeynalovun ölməsi barədə soruşurlar.

Bəzi iştirakçılar məhkəmə prosesi zamanı NİDA fəallarına qarşı işgəncəyə dair faktların açıqlanmasından və Leyla Yunusun Bakı təcridxanasında saxlanma şəraitindən şoka düşüblər.

Hələlik Azərbaycan hökumət nümayəndələrinin bu sualları necə cavablandırması ilə bağlı məlumat yoxdur.