XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

12 Noyabr 2015 - 09:03

Sabah 16 dərəcə isti olacaq – HAVA

 

hava 01.jpg

Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, gecə saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir. Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 14-17 dərəcə, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 55-65% təşkil edəcək.

 Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gecə və axşam bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2-dək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.