XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 May 2017 - 18:57

Avropalı alimlər yeni güclüantibiotik ixtira ediblər

Nüfuzlu “Chemical Science” elmi jurnalının titul səhifəsində “Biocev” təhqiqat mərkəzinin mütəxəssisi, doktor İrji Yanatanın rəhbərliyi ilə avropalı mikrobioloqların yeni kəşfi barədə məlumat dərc edilib.

Alimlər malyariyadan, yaxud stafilokok və ya streptokokların səbəb olduğu infeksiyalardan əziyyət çəkən pasiyentlərə kömək edə biləcək “Celin” adlı yeni antibiotik yaratmağa nail olublar. Qeyd edək ki, çexiyalı alimlərin kəşfi barədə məlumat ilk dəfədir belə nüfuzlu nəşrin üz qabığına çıxarılır.

Yeni maddə dərhal patentləşdirilib və mikroorqanizmlərin daha geniş qrupuna onun təsirinin öyrənilməsi üçün ümumi sınaqlar başlanıb(azərtac).