XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 May 2017 - 15:35

Tanınmış broyler şirkətini Ziya Məmmədovdan aldılar

“Qarant Aqro”nu da Ziya Məmmədovun əlindən aldılar

Virtualaz.org-a məlumatlı mənbələrdən daxil olan informasiyaya görə, Rüfət Məmmədzadə “Qarant Aqro” MMC-nin baş direktoru vəzifəsini tərk edib.

Xatırladaq ki, şirkət Azərbaycanda ən iri quş əti istehsalçılarındandır. Virtualaz.org-a məlum olduğuna görə, müəssisədə kütləvi istefalar yaşanmaqdadır. Bu dəyişikliklərin nə ilə bağlı olması və respublikanın ərzaq bazarına necə təsir edəcəyi hələlik məlum deyil. “Qarant Aqro” şirkəti “Mərcan” brendi altında toyuq əti istehsalçısıdır və ölkənin ərzaq bazarında kifayət qədər əhəmiyyətli mövqeyə malikdir.

Qeyd edək ki, “Qarant Aqro” MMC keçmiş nəqliyyat naziri Ziya Məmədova aidiyyatı olan “Qarant Holdinq” şirkətlər qrupuna daxildir.