XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

04 Aprel 2015 - 04:43

Gürcüstanda etnik azlıqlara dövlət dilinin öyrədilməsinə başlanılıb

Dil kursları üç ay davam edəcək

Gürcüstanın Bolnisi və Dmanisi rayonlarında gürcü dilinin öyrədilməsi ilə bağlı kurslar fəaliyyətə başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, kursların rəsmi açılış mərasimində Bolnisi və Dmanisi rayonlarının icra başçıları, Gürcüstan prezidentinin milli azlıq məsələləri üzrə müşaviri Sofiya Şamanidi və prezident administrasiyasının rəisi və iqtisadi məsələlər üzrə müşavir Georgi Abaşişvili iştirak edərək kursun mahiyyəti və qarşıya qoyulmuş məqsəd barədə Azərbaycan dilli məktəb şagirdlərinə və sakinlərə ətraflı məlumat veriblər. G. Abaşişvili çıxışında gürcü dilini öyrənən etnik azlıqlara, o cümlədən azərbaycanlı gənclərə Gürcüstan cəmiyyətinə inteqrasiya istiqamətində çətinlik olmayacağını bildirib.

Gürcüstan prezidentinin milli azlıq məsələləri üzrə Sofiya Şamanidi APA-ya açıqlamasında kursların üç ay davam edəcəyini və bu müddətdə İvane Cavaxişvili adınaTiflis Dövlət Universitetinin professor və müəllim heyəti tərəfindən azərbaycanlı şagirdlərə və dövlət dilini öyrənmək istəyən əhaliyə pulsuz dərs keçiriləcəyini bildirib: “Biz istəyirik ki, milli azlıqlar dövlət dilində sərbəst danışmağı bacarsınlar. Bunun üçün gürcü dilini öyrənmək vacibdir. çünki bu dili bilən gənclər Gürcüstanın ali məktəblərinə asanlıqla qəbul olacaqlar”.

S. Şamanidi bildirib ki, gürcü dilinin öyrədilməsi kursları prezidentin ehtiyat fondundan maliyyələşdiriləcək və ilk mərhələdə mütəxəssislərdən ibarət 13 komanda iştirak edəcək. İkinci mərhələ isə payızda başlanacaq.

Təqdimat mərasimində kurs dinləyicilərinə gürcü dili kitabları paylanılıb.

Qeyd edək ki, dövlət dilinin öyrədilməsi kursları Marneuli və Qardabanidə də həyata keçiriləcək.