XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 May 2017 - 15:41

Bülənt Ərsoyu Hindistanda ilan sancdı

Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyu ilan vurub.

 “Hürriyet'in verdiyi məlumata görə, hadisə Hindistanda baş verib.  B. Ərsoy bir qrup sənətçi ilə birlikdə “Dünya gözəllərim” adlı proqramın çəkilişləri üçün Hindistana yollanıb. 46 dərəcə istidə aparılan çəkilişlərin fasiləsində B. Ərsoy dincəlmək üçün çəmənliyə uzanıb. Bu zaman onu ilan vurub. Ətrafdakılar ilanı öldürüb.

 Sol ayağından yara alan sənətçi ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb.