XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 May 2017 - 15:06

LDU-da açıq qapı günü və məzun yarmarkası  keçirilib –FOTOlar

Lənkəran  Dövlət Universitetində (LDU) “Məzun-2017” proqramı çərşivəsində açıq qapı günü və məzun yarmarkası keçirilib.  

LDU-nun Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, Lənkəran şəhər icra hakimiyyəti ilə birgə təşkil olunan tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq  olub.

Açıq qapı günündə rayon rəsmiləri, LDU-nun builki məzunları, valideynlər, rayon məşğulluq idarəsinin və işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak ediblər. İştirakçıları LDU-nun rektor vəzifəsini icra edən, riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov salamlayıb və onlara bu elm ocağı barədə ətraflı məlumat verib, tədrisin maddi texniki bazasının yenilənməsi, keyfiyyətli mütəxxəssislərin  hazırlanması  istiqamətində son bir ildə görülən işlərdən danışıb.

Əmək yarmarkasının keçirilməsinin vacibliyini qeyd edən professor Natiq İbrahimov belə tədbirlərin bu il  LDU-nu bitirən  500-ə qədər məzuna iş probleminin həllində dəstək olduğunu deyib,  əmək yarmarkalarının gənclərin məşğulluğunun  təminində əhəmiyyətli rol oynadığını, işçi ilə işəgötürən arasında operativ körpü olduğunu bildirib.

Lənkəran şəhər icra hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Möhübbət Babayev, sosial iqtisadi məsələlər üzrə müavini Xalid Rəhimov, Lənkəran rayon məşğulluq mərkəzinin direktoru Rahib Quliyev, mebel emalı və satışı üzrə ticarət mərkəzinin direktoru Elnur Əliyev, Bakı Biznes  tədris mərkəzinin Lənkəran nümayəndəliyinin rəhbəri Firdovsi Axundov, Gilan Holdinq-in insan resursları şöbəsinin rəhbəri Coşqun İmanquliyev  və başqaları çıxışlarında tədbirin böyük əhəmiyyətindən bəhs edərək təklif və rəylərini bildiriblər.

Əmək yarmarkasına  təkcə Lənkəranda yox, umumiyyətlə, cənub bölgəsində fəaliyyət göstərən 27 dövlət və özəl müəəssisə 140 boş (vakant) iş yeri çıxarıb.Təklif olunan boş (vakant ) yerlərə builki məzunlardan 270 nəfər iştirak ərizəsini təqdim edib.  

Qeyd edək ki, bu, LDU-da təşkil olunan ilk açıq qapı günü və əmək yarmarkasıdır.