XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

01 İyun 2017 - 10:58

“Müəllimlərin 95 faizinin maaşı 2 dəfə artırılıb” –Mikayıl Cabbarov

"Azərbaycan müəllimlərinin 95 faizi fəaliyyətinin diaqnostik qiymətləndirilməsində iştirak edib. Bu qiymətləndirmə əsasında müəllimlərin maaşı 2 dəfə artırılıb”.

Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclasında çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.

Təhsil naziri bildirib ki, ölkə prezidenti tərəfindən təhsil sahəsində Milli strategiya 2013-cü ildə təsdiq edilib: 

"Bu ilk strategiya olub. Burada aydın şəkildə təhsil sahəsində inkişaf məqsədləri müəyyən edilib. Son 4 il ərzində Azərbaycanda orta məktəb şagirdləri daha yaxşı akademik fəaliyyət həyata keçiriblər. Bu sahədə 17 faiz artım müşahidə edilib. Universitetlərə qəbul qiymətləndirlməsində nəticələrin daha yüksək olması qeydə alınıb. Məktəbəqədər təhsil siteminə çıxış asanlaşdırlıb. Bu çox vacibdir və xalqın uzunmüddətli inkişafına təsir edir. Bizim qənaətbəxş məktəbəqədər təhsil sistemimiz yox idi. Məsələləni çətinləşdirən səbəblərdən biri də bu müəssisələrin qaçqın və məcburi köçkünlər tərəfindən tutulması idi. Məktəbəqədər təhsil müəsssiələrinə uşaqları gətirmə faizi 18 faiz idi. Biz daha sonra kapital genişlənməsi həyata keçirdik. 3 il ərzində 18 faiz 55 faizə qalxdı”. 

M.Cabbarov qeyd edib ki, təhsil sahəsində müxtəlif xidmətlər onlayn formada təmin olunub: "Xarici diplomların tanınması, elektron qaydada məktəbə yazılmaq və sair bu xidmətlərə aiddir”. 

Report