XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 İyun 2017 - 11:38

Azərbaycanda tibb işçilərinin 86 faizi, pedaqoqların isə 73 faizi qadınlardır –Nazir rəqəmləri açıqladı

 

AŞPA-nın Milli Məclisdə keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclası zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov avropalı iştirakçıların Azərbaycanda qadınların əmək haqlarının kişilərə nisbətən az olması ilə bağlı sualını cavablandırıb.

Trend-in məlumatına görə, nazir qeyd edib ki, Azərbaycan qanunvericiliyində qadınlara hər hansı bir məhdudiyyət qoyulmur: “Qanunvericilikdə qadınların çalışa bilməyəcəyi sahə anlayışı yoxdur. Hamıya sərbəst seçim hüquqi verilir. Qadınlar daha çox tibb və təhsil sahələrini seçirlər. Tibb sahəsində çalışanların təxminən 86 faizi, təhsil sahəsində çalışanların təxminən 73 faizi isə qadınlardır. Bu sahələri onlar özləri seçiblər. Bu ixtisaslar üzrə təhsil alanların da çoxu qadınlardır. Yəni bu, onların seçimidir. Bu sahələrdə də əmək haqqı nisbətən aşağı olduğuna görə, qadınların əmək haqqı kişilərə nisbətən aşağı olur. Sadəcə olaraq, qadınlar seçim hüquqlarından istifadə edərək bu sahələri seçirlər ki, orada da əmək haqları digər sahələrə nisbətən aşağı olur”.