XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

02 İyun 2017 - 16:58

Jurnalist İmdad Əlizadənin komada olan atası başqa xəstəxanaya köçürüldü

Tanınmış jurnalist İmdad Əlizadənin atası  Əli Əliyev artıq 16 aydır ki, koma vəziyyətindədir. Vaxtilə 54 gün erməni mühasirəsində qalmış müəllim, yazıçı-publisist Əli Əliyev ötən il fevralın 14-də Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonuna həmkəndlisinin hüzr mərasiminə gedərkən ağır qəzaya düşüb. “Koroğlu” metrostansiyası yaxınlığında yolu keçərkən onu avtomobil vurub.

Moderator.az saytına açıqlama verən jurnalist İmdad Əlizadə az öncə atasını özəl Avrasiya Hospitalından Bakı Sağlamlıq Mərkəzinə köçürtdüklərini bildirib. Onun sözlərinə görə, Əli Əliyevi Avrasiya Hospitalından çoxdan çıxarmaq istəsələr də, müəyyən səbəblərdən bu mümkün olmurdu. Lakin bu gün qarşılıqlı razılşamaya əsasən, koma vəziyyətində olan xəstəni başqa yerə köçürmək mümkün olub: “Atamla bağlı yaranmış ağır vəziyyətdə daha bir çətin qərar qəbul etmək məcburiyyətində qaldıq. Atamı özəl Avrasiya Hospitalından dövlət xəstəxanası olan Bakı Sağlamlıq Mərkəzinə köçürdük. Qeyd edim ki, atam özəl klinikada sentyabrın15-dən müalicə olunurdu. Yəni 8 ay 17 gün idi ki, atam orada idi. Bu müddət ərzində orada beyin əməliyyatı  keçirsə də, vəziyyətindən hər hansı müsbət dəyişiklik olmadı. Elə bu dəqiqələrdə Bakı Sağlamlıq Mərkəzinə köçürdük. Avrasiya Hospitala böyük  məbləğdə borcumuz yaranmışdı. Məhz buna görə xeyli müddət idi ki, atamı oradan çıxara bilmirdik. Sonda xəstəxana rəhbərliyi bizə bəzi güzəştlər etdi və onun nəticəsində atamı oradan çıxara bildik”.

Qeyd edək ki, jurnalistin atası özəl klinikada xüsusi qulluq tələb olunan xəstələrdən olub ki, bu da böyük məsrəfə səbəb olub. Lakin bu müddət ərzində koma vəziyyətində olan Əli Əliyevin səhhətində nəzərəçarpacaq dəcərədə irəliləyişlər olmayıb: “Atam yenə də koma vəziyyətindədir. Xüsusi qulluğa ehtiyacı olan xəstələrdəndir. Bu xəstəxanada qaldığı son günə qədər atamın komadan çıxması üçün zəruri addımlar atıldı. Lakin sonda həkimlərin özləri də əlacsız qaldılar. Artıq tibbi nöqteyi-nəzərdən görülüəcək bir iş qalmayıb. Sadəcə, biz atamın komadan çıxmasını gözləməliyik”.

Təəssüf ki, Əli Əliyevin bu durumu ailəsinin rifahına da ciddi təsir göstərib. Ev problem yaşayan ailə 16 ay ərzində külli miqdarda pul xərcləyib ki, bunun da böyük hissəsi borca götürülüb. Amma jurnalistin atasını ötən il vuran avtomobilin sürücüsü Seymru Qarayev isə xəstənin müalicəsi üçün heç bir yardım etmir. İmdad Əlizadənin sözlərinə görə, sonuncu dəfə çox cüzi miqdarda maliyyə yardımı edib ki, bu da onun xəstəxanadakı bir neçə gününü ancaq qarşılamaq gücündə olub. Yerdə qalan hallardan isə xəstənin  bütün ağırlığı ailənin üzərinə düşüb.