XƏBƏR LENTİ

05 Mart 2021
04 Mart 2021

Digər Xəbərlər

02 İyun 2017 - 18:57

Nazirlik:Bakı - Şamaxı yolunda sürüşmə aktivləşib

Bakı – Şamaxı avtomobil yolunun 106-107-ci kilometrliklərindəki sürüşmə sahəsi aktivləşib.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.

 O bildirib ki, atmosfer yağıntıları nəticəsində Şamaxının Birinci Çaylı kəndində yeni sürüşmə sahəsi əmələ gəlib.

 S. Əmiraslanov qeyd edib ki, Şamaxının Ağsu çayının sağ sahilində yerləşən Keçmədin kəndində eni 20 – 22 metr, hündürlüyü 8 – 12 metr arasında olan bir sahəni isə sel yuyub aparıb.