XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 İyun 2017 - 11:27

Qarşıdakı 3 gündə Masazır, Cəlilabad və Masallıdaqaz olmayacaq

İyunun 4-6-sı tarixlərində Abşeron rayonunun Masazır qəsəbəsinə, Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq. 

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-dən məlumat verilib.
Məlumata görə, məhdudiyyət “Qaz İxrac” İdarəsinin balansında olan “Astara-Qazıməmməd” və “Qaradağ-Şimal DRES” magistral qaz kəmərləri üzərində tənzimləyici qurğuların quraşdırılması, qaz sızmalarının ləğvi və cari təmir işləri ilə əlaqədardır.

"Azəriqaz" yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.