XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

03 İyun 2017 - 12:23

Təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirməmexanizmləri yaradılacaq

Azərbaycanda təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmləri yaradılacaq.

“Report” xəbər verir ki, bu, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.

Sənəddə qeyd olunub ki, bu işlər qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq həyata keçiriləcək. 2017-2018-ci illəri əhatə edəcək məsələnin icrası Təhsil Nazirliyinə tapşırılıb.

Bundan başqa, sənəddə təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılması da nəzərdə tutulub. Növbəti iki ili əhatə edəcək məsələnin icrası Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinə həvalə olunub.