XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2015 - 13:16

Bakıda beşmərtəbəli yataqxanada yanğın oldu, sakinlər təxliyə edildi

Sabunçu rayonunda beşmərtəbəli  yataqxanada yanğın baş verib.

Strateq.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 20 kv.m olan 1 otaqlı mənzilin eyvanında 1 ədəd şkaf, 2-ci mərtəbədə ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilin eyvanında 2 ədəd şkaf yanıb.

Yüksək temperaturdan mənzildə olan digər ev əşyaları əriyərək yararsız vəziyyətə düşüb.

Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.