XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

05 İyun 2017 - 13:56

İki çimərlik çimmək üçün yararsız elan olundu-Həmin ərzilərdə həddən artıq bağırsaq çöpləri var

"Dəniz suyu nümunələrinin monitorinqinin nəticələrinə görə, Abşeron yarımadasında Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi çimmək üçün yararsız hesab olunub".

Bunu "Report"a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, yerdə qalan çimərliklərdə dəniz suyu standartlara cavab verir: "İki rayonun ərazisindən götürülən nümunələrdə bağırsaq çöpləri həddən artıq çoxdur. Buna görə həmin ərazilərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır".

Beləliklə, adı qeyd olunan iki çimərliklə əlaqədar olaraq 2010-cu ildə qəbul olunan 83 saylı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, monitorinqlərə may ayının 16-dan başlanılıb. Monitorinqləri Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Monitorinq İdarəsi ilə birgə keçirib.