XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 June 2017 - 14:19

Bakı populyarlığına görə rusiyalı turistlər arasında ilk beşliyə daxildir

Bakı rusiyalı turistlər arasında yay aylarında həftə sonu üçün populyar şəhərlər arasında ilk beşlikdə yer alıb.

Trend-in məlumatına görə, bu “TurStat” analitik agentliyinin yeni hesabatından məlum olub.

İlk beşliyə Minsk, Praqa, Tbilisi və Tallin daxil olub. Məlumata görə, rusiyalı turistlər Bakıya orta hesabla 2,5 gün müddətinə gəlir və gün ərzində 85 dollar xərcləyirlər.

Rusiyalı turistlər Azərbaycan paytaxtında əsasən, 23-25 iyun tarixlərində Formula 1 və 27-30 iyul tarixlərində “Jara” musiqi festivalı cəlb edir.