XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

19 Noyabr 2015 - 14:37

Aparat rəhbərinin müavini: “Bal məhdudiyyəti qoyulacaq”
 

Növbəti tədris ili üçün ali məktəblərə tələbə qəbulu zamanı texniki və texnoloji, təbiət ixtisas qrupuna aid olan ixtisaslara bal məhdudiyyətinin qoyulacağı gözlənilir.

Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

​Aparat rəhbərinin müavini qeyd edib ki, ötən il ilk dəfə olaraq, bütün ixtisaslar üzrə müsabiqəyə buraxılma üçün 200 bal məhdudiyyəti qoyulmuşdu. I ixtisas qrupunun 6 müxtəlif ixtisasına isə 250-300 bal məhdudiyyəti tətbiq edilmişdi: “Texniki və texnoloji ixtisaslar qrupuna, təbiət ixtisas qrupuna aid olan bəzi ixtisaslar ölkə üçün prioritet olduğundan onlara bal məhdudiyyətinin qoyulacağı gözlənilir. Amma bu ixtisaslar hələ müəyyənləşdirilməyib. Həmin ixtisaslar müəyyənləşdiriləcək və onların bal məhdudiyyəti dəyişəcək”.

Y.Piriyev deyib ki, bal məhdudiyyətinin nə qədər olacağı qəbulun nəticələri müzakirə edildikdən sonra müəyyənləşdiriləcək.