XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

19 Noyabr 2015 - 15:32

Rüşvət qalmaqalı üzündən Bakıdan gedən şirkət “Azercell”dəki payını satır

 

TeliaSonera-logo.jpg

 

Türkiyənin iri mobil rabitə operatoru “Turkcell” İsveç-Finlandiya şirkəti “TeliaSonera”nın Azərbaycanın ən iri mobil rabitə şirkəti “Azercell”dəki payını almaq üçün danışıqlara başlayıb.

Bu barədə “Bloomberg” agentliyi bildirir.

Danışıqlar prosesinə yaxın iki mənbə təsdiq edib ki, “Turkcell” bu sövdələşməyə hazırlıq üçün HSBC və “Citygroup” banklarından məsləhətçi tutub.

“TeliaSonera” şirkəti Orta Asiya və Azərbaycanın mobil rabitə bazarlarında üzləşdiyi irimiqyaslı rüşvət və korrupsiya qalmaqalından sonra Avrasiya divizionu ölkələrindən çəkiləcəyini elan edib. Şirkət “Azercell”dəki payı da daxil olmaqla bu region ölkələrindəki aktivlərini satışa çıxarıb.

“Azercell”in, Moldovanın “Moldcel”, Qazaxıstanın “Kcell” və Gürcüstanın “Geocell” şirkətlərinin səhmlərinin əsas hissəsinin sahibi “Fintur Holding” adlı offşor şirkətdir. (Virtualaz.org)

öz növbəsində “Turkcell” bu şirkətin səhmlərinin 41,45 faizinə, “TeliaSonera” isə 58,55 faizinə malikdir.

“Turkcell” şirkətinin rəhbəri Kaan Terzioğlu “TeliaSonera” ilə danışıqları təsdiqləyib və deyib ki, sövdələşmə gələn il başa çata bilər.

“Turkcell” şirkəti “Azercell”lə yanaşı “TeliaSonera”nın Orta Asiyadakı aktivərini də almağa hazırlaşır.

“Turkcell” şirkətinin səhmlərinin 51 faizi “Turkcell Holding”ə məxsusdur. Bu holdinqin səhmlərinin 52,91 faizi isə “Cukurova Telecom Holdings Ltd.”in mülkiyyətindədir.