XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 June 2017 - 12:07

Mikayıl Cabbarov:"32 ilk peşə təhsil müəssisəsi rasionallaşdırılıb"

Azərbaycan tarixində ilk dəfə olaraq peşə təhsili üzrə qanun layihəsinin hazırlanmasına lazımi dəstəyin verilməsi, habelə peşə təhsili və tədrisi üzrə nomativ hüquqi bazanın təkmilləşdirilməsi bu sahədə görülən əsas hədəflərdəndir. Bu məqsədlə hazırda Almaniya, İngiltərə, Koreya, Finlandiya, İsveçrə, Sinqapur, Litva, Estoniya kimi ölkələrin təcrübələri öyrənilir.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov “Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi" texniki yardım layihəsinin açılış konfransında çıxışında deyib.

M.Cabbarov bildirib ki, peşə təhsili sahəsində aparılan monitorinqlərin hıyata keçirilməsinə veriləcək dəstək Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyinin şəffaf, nəticəyönümlü idarəetmə sisteminin yaradılmasına təkan verəcək.

Agentliyin fəaliyyət göstərdiyi müddətdə peşə təhsili ilə bağlı həyata keçirilən layihələrə gəlincə, nazir qeyd edib ki, qısa müddətdə peşə ixtisas təhsili müəsisələrinin əksəriyyətində montiorinqlər keçirilib:

"Onların bir çoxunun rasionallaşdırılması və optimallaşdırılması ilə bağlı müvafiq təkliflər hazırlanıb. Nəticədə 32 ilk peşə təhsil müəssisəsi rasionallaşdırılıb və sahələr üzrə ixtisaslaşdırılaraq 13 dövlət peşə təhsili mərkəzlərində yerləşdirilib. Bu günlərdə daha bir rasionallaşdırma baş verib. Nazirlər K