XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

20 Noyabr 2015 - 07:57

Azərbaycanda dörd min vətəndaşa ölkəni tərk etmək qadağan olunub

 

edliye.jpg

“Azərbaycanda məhkəmə qərarlarının icrası işi mütəmadi təkmilləşdirilir, icra xidmətinin əməkdaşları barəsində ciddi intizam tədbirləri görülür, o cümlədən ədliyyə orqanlarından xaric edilirlər” .

Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun “Azərbaycan” qəzetində nəşr olunan məqaləsində bildirilib. Nazir qeyd edib ki, 2015-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 53% artaraq 350 mini ötüb: “Görülmüş tədbirlər nəticəsində 160 mindən çox işin icrası təmin olunub, hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin həcmi 124 milyon manat təşkil edib, könüllü icra olunan işlərin sayı artıb”. (APA)

F. Məmmədov bildirib ki, qərarların icrasına maneçilik törədən və icradan qərəzli şəkildə yayınan 3.250 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1.800 nəfər inzibati qaydada həbs edilib, habelə 242 nəfər barəsində cinayət işi başlanıb, 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.