Pasportda rəsmi adının İsis (İŞİD) olması gənc qıza Facebook hesabının bağlanması bahasına başa gəlib.
Strateq.az “Amerikanın səsi” radiosuna istinadən bildirir ki, Softveyr mühəndisi olan bu qız bu həftə hesabının başlandığını aşkar edib. Sosial mediaya etirazını Aysis tvitterdə bildirib. O deyib ki, adının mənası Qədim Misirdə analıq və ağıl ilahəsinin adı Aysislə bağlıdır.
Aysis Facebook-a dəfələrlə müraciət etdikdən sonra hətta pasportunun surətini göndərib. “Facebook mənim terrorçu olduğumu düşünür. Pasportumun surətini göndərmək belə hesabımın açılmasına yardım etməyib”-deyə o, tvitlərinin birində yazıb.
Bir neçə gündən sonra Aysis Facebook-dan adsız elektron poçtu alıb.
“Salam, İsis, kimliyini sübuta yetirdiyin üçün təşəkkür edir, yaratdığımız narahatlığa görə üzr istəyirik. Hesabınızı açdıq”- deyə məktubda bildirilib.
Onun Facebook hekayəsi xəbər agentliklərinin diqqətini cəlb edib və onlar Facebook-u cavab verməyə çağırıb.
Və nəhayət şirkətdən belə bir mesaj gəlib. “Saxta hesabdan göndərilən ilkin məktub yanlışlığın nəticəsidir. Biz yaranan problemə görə üzr istəyirik.”