XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

20 Noyabr 2015 - 08:53

Dünyanın 10 ən çox ziyarət olunan ölkələrindən biri – Meksika

meksika reqs.jpg

Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini Azərbaycandakı ali təhsil ocaqlarında görüşlərə başlayıb.

ötən gün Qafqaz Universitetində “Meksika bu gün” adlı keçirilən konfransda Rodriqo Labardini ölkəsinin dünyada aktual mövqeyi, onun mədəni zənginliyi və Azərbaycan ilə əməkdaşlıq üçün mövcud geniş potensial və imkanlar haqqında danışıb.

Səfirlikdən Strateq.az-a verilən məlumata görə, Qafqaz Universitetinin tələbə-müəllim heyətindən ibarət 150-dən çox konfrans iştirakçısı Meksika, onun mədəniyyəti və Azərbaycanla olan əməkdaşlıq imkanlarına dair maraqlarını göstərib, bu ölkəni ziyarət etmək istəklərini bildirib. 

Bu gün isə meksikalı diplomat  Azərbaycan Diplomatik Akademiyasında (ADA) keçiriləcək V  illik ADA Beynəlxalq Festivalında ilk dəfə olaraq iştirak edəcək. ADA artıq Meksika mədəniyyətinə həsr olunmuş  tədbir keçirib. Belə ki, iyun ayında mariaçi musiqisi ADA-nın əsas zallarından birində tamaşaçılar üçün səsləndirilib.

Meksika-sefiri.jpg

 

Qeyd edək ki, əhalisi 121 milyon nəfərə çatan Meksika, əhali sayına görə dünyada 11-ci ölkədir. Beynəlxalq Turizm Təşkilatının məlumatına görə, 29 milyondan çox turist ilə Meksika dünyanın 10 ən çox ziyarət olunan ölkələr sırasında yer tutur və Latın Amerikası üzrə isə birinci yerdə qərarlaşır.

Bu, ölkənin qonaqpərvərliyi, mətbəxi, qədim və müstəmləkə dövrlərinə aid yerləri, həmçinin YUNESKO tərəfindən Bəşəriyyətin İrsi kimi qiymətləndirilmiş 32  təbiət və mədəniyyət mərkəzlərinin olmasından irəli gəlir. Bu baxımdan, Bəşəriyyətin İrsi  siyahısına daxil olanların ən böyük sayına görə ölkə Amerika qitəsində ilk,  dünyada isə 6-ci yeri tutur.

Xatırladaq ki, Meksika ilə Azərbaycan arasında diplomatik əlaqələr 10 fevral 1992-ci il tarixində qurulub. Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyi 2008-ci ildə fəaliyyətə başlayıb, 2014-cü ildə isə Meksikanın ölkəmizdə səfirliyi açılıb. Səfirliklərin fəaliyyəti hər iki dövlət arasında münasibətlərin inkişafına töhfə verməkdə davam edir.

Strateq.az