XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

20 Noyabr 2015 - 12:57

Dünya liderləri 1 ton dönər yeyib – «G20»nin MENYUSU

G20.jpg

«G20» zirvə toplantısının təşkil olunduğu Antalya otelləri dünya liderlərini yüksək səviyyədə qonaqlamaq üçün əllərindən gələni eləyiblər.

24 saatlıq yemək xidməti

“G20” iştirakçılarını layiqincə qonaqlamaq məqsədilə Antaliyanın bütün otellərində 24 saatlıq yemək xidməti aktiv edilib. Liderlərin qonaq olduğu “Regnum Carya Otel”ində, həmçinin mətbuatın qonaqlandığı “Kaya Palazzo Otel”də 1000 nəfər personal xidmət edib. Min nəfərin 400-ü aşpaz və xidməti personal olub. Menyularda əsasən türk şirniyyatlarına üstünlük verilib. Yeməklərdən isə dönər, lahmacun, pide növləri və paxlava daha çox yeyilib.

350 qızıl balıq, 5 ton qırmızı ət

Liderləri qonaq edən “Regnum Carya Otel”də 1 ton dönər, 3 ton qırmızı ət, 5 ton bütöv quzu çevirmə, 1,5 ton toyuq əti, 750 kiloqram balıq, 500 ədəd forel və 350 ədəd qızıl balıq yeyilib. Mətbuat nümaynədələrinin qaldığı “Kaya Palazzo Otel”də isə toplantı günləri boyunca ümumilikdə 1 ton dönər və 2 ton qırmızı ət yeyilib. Bundan başqa, Almaniya kansleri Angela Merkel və Cənubi Koreya prezidenti Pakr Geun üşüdükləri üçün otelin bütün havalandırma sistemi bu iki liderin istəyinə uyğunlaşdırılıb.

70 qutu banan, türk qəhvəsi

Normal günlərə nisbətən daha çox yeyilən məhsullardan biri də banan olub. Oteldə tətil mövsümlərinin eyni dövründə 18 qutu banan yeyilirdisə, “G20″də 70 qutu banan yeyilib. Salat üçün istifadə olunan ərzaqlar və düyüdən də tətil mövsümlərinə nisbətən 5 dəfə daha çox istifadə olunub. Yemək zamanı ölkə liderlərinə öz ölkələrinin meyvələri təqdim olunub. Liderlərə öz istəklərindən asılı olaraq özəl xidmət də göstərildi. Səudi Ərəbistanı kralı Salman ibn Əbdüləziz sadəcə ət yediyi halda, qatı vegetaryan olan Hindistan prezidenti Narendra Modiyə sadəcə vegetaryan yeməkləri verilib. Türk qəhvəsi zirvə iştirakçıları arasında ən populyar içki olub. Bəzi qonaqlar çox bəyəndikləri türk qəhvəsini demək olar ki, hər yeməkdən sonra içiblər.

63 min ədəd yumurta

Mətbuat nümayəndələrinin qonaqlandığı “Kaya Palazzo Otel”də isə ən çox meyvə yeyilib. 3250 kiloqram banan, 2000 kilo mandarin və 1500 kiloqram qırmızı alma yeyilib. Ət yeməklərində isə mətbuat nümayəndələri ölkə liderlərindən geridə qalıb. Liderlər 600 kilo ət dönəri, 600 kilo toyuq dönəri, 850 kilo antrikot, 850 kilo quzu budu və 750 kilo qiymə yeyib. Mətbuat nümayəndələrinin ən çox yediyi ərzaqlardan biri də yumurta olub. Zirvə boyunca 63 min ədəd yumurta yeyiblər. Bundan başqa, oteldə 11 min kola içilib.