XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

09 İyun 2017 - 13:02

Sabah keçiriləcək Azərbaycan-Şimali İrlandiya oyununa 21 min bilet satılıb

İyunun 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan-Şimali İrlandiya futbol üzrə milli yığma komandalarının qarşılaşmasına 21 min bilet satılıb.

Bu barədə Trend-ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) məlumat verilib.

Məlumata görə, qarşılaşmada Şimali İrlandiyadan 300 nəfər xarici azarkeş iştirak edəcək. Oyunu 21 xarici və 200-dən artıq yerli jurnalist izləyəcək.

Məlumatda qeyd edilib ki, oyuna qədər 40 min biletin satılacağı gözlənilir.