XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

09 İyun 2017 - 13:21

Xarici media Bakı Ali Neft Məktəbinin istehsalat təcrübəsindən yazıb –-FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin İtaliyanın məhşur MaireTecnimont şirkətlər qrupunun Azərbaycandakı nümayəndəliyi KT-KineticsTechnology şirkətində keçdiyi uğurlu istehsalat təcrübəsi Azərbaycan mediası ilə yanaşı, beynəlxalq medianın da diqqətini çəkib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, tədbir haqqında məlumat ingilis, fransız və italyan dillərində MaireTecnimont və KT-KineticsTechnology SpA şirkətlərinin rəsmi saytlarında, həmçinin bir sıra beynəlxalq informasiya agentliklərində, o cümlədən, ICPortaledell’IndustriaChimica, MilanoFinanza, ADVN, Agenzia Giornalistica Repubblica, NewsReality, BusinessNewsWorld, 24hGold və OnlineNews Planet qəzetlərində də dərc olunub.

Xatırladaq ki, Ali Məktəbin Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan 5-ci kurs tələbələri Amail Məmmədova, Riyad Baxşiyev və Sənan İbrahimova sertifikatın təntənəli təltif etmə mərasimində BANM-in rektoru Elmar Qasımov, MaireTecnimontGroup-un sədri Fabrizio Di Amato, şirkətin icraçı direktoru PerrobertoFolgiero, Xüsusi təşəbbüslər və regionda koordinasiya üzrə birinci vitse-prezidenti, Rusiya və Xəzər regionu üzrə vitse-prezidenti Canni Bardazzi, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Karlo Nicolais, o cümlədən KT-KineticsTechnology şirkətinin kommersiya məsələləri üzrə vitse-prezidenti Andrea Vena, Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Heilpern, İnsan resursları üzrə meneceri Aida Bəşirova və Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.