XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

09 İyun 2017 - 18:12

Humanitar Tədqiqatlar İctimai Birliyi “Aprel hadisələri”nə həsr olunmuş toplu hazırlayıb –Fotolar

Humanitar Tədqiqatlar İctimai Birliyinin aprelin 25-də təşkil etdiyi "2016-cı il aprel döyüşləri: dərslər və nəticələr" adlı dinləmələrinin nəticəsi olaraq çıxışlar toplusu dərc olunub.

İctimai Birlikdən Strateq.az-a verilən məlumata görə, topluya tanınmış siyasi şərhçilər, münaqişənin həlli ilə məşğul olan ekspertlər, tarixçi, QHT təmsilçiləri və jurnalistlərin 2016-cı ilin aprel ayında cəbhədə baş verən hadisələrə dair təhlilləri və çıxışları daxil edilib.

Hesabat 4 sessiya zamanı nəzərdə tutulan çıxışlardan tərtib olunub.

"Apreldə cəbhə bölgəsində baş verənlər" mövzusunda 1-ci sessiya zamanı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu, "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu və Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nagı bölgədə geosiyasi vəziyyət, Azərbaycan və Ermənistanda siyasi proseslər, Aprel hadisələri zamanı cəbhə bölgəsində vəziyyət, dağıntılar, insan tələfatı, qazanclar və itkilərlə bağlı məsələlərə toxunulub. Jurnalist-tədqiqatçı Elxan Şükürlü, Asəf Quliyev və Seymur Kazımovun cəbhə xəttində baş verənlər ilə bağlı şərhləri əks olunub.

"Aprel hadisələri Azərbaycan və Ermənistan perspektivindən" mövzusuna həsr olunan 2-ci sessiya zamanı Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva, fəlsəfə elmləri doktoru, professor Əli Abbasov Aprel hadisələrinə Azərbaycan və Ermənistan cəmiyyətinin reaksiyası, Dağlıq Qarabağın erməni əhalisi, cəmiyyətlərin psixoloji drumu, gözləntilər və məyyusluq barədə iştirakçılarla öz fikirlərini bölüşüblər.

"Aprel hadisələri nələri dəyişdi" mövzusunda 3-cü sessiya zamanı Rusiyanın, böyük dövlətlərin, beynəlxalq təşkilatların aprel döyüşlərinə münasibəti, danışıqlar prosesi, status-kvo, cəbhə xəttində yerdəyişmə ilə bağlı politoloq İlqar Vəlizadə, tarixçi, Qafqaz Tarixi Mərkəzinin sədri Rizvan Hüseynov, HTİB münaqişələrin həlli departamentinin rəhbəri  Bəxtiyar Aslanov, "Ermənistan-Azərbaycan Sülh Platforması"nın həmkoordinatoru Orxan Nəbiyev məruzə ediblər.  

"Danışıqlar prosesi və gələcək addımlar" mövzusunda sonuncu sesiya zamanı isə aprel hadisələrindən sonra status-kvonun yeni reallaqları, danışıqlar prosesinin dalana dirənməsi, ATƏT-in Minsk Qrupunun fəaliyyətində fasilə və beynəlxalq ictimaiyyətin münaqişə tərəflərindən gözləntiləri barədə məruzə olub. Bu sessiya zamanı politoloq, “Azərbaycan Naminə” İctimai Forumunun prezidenti Eldar Namazov, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov və politoloq Əhməd Əlili iştirakçılara öz mövqelərini çatdırıblar.

Hesabat Azərbaycan, Rus və İngilis dillərində dərc olunaraq, maraqlı təşkilatlar və  beynəlxalq qrumlar, diplomatik nümayəndəliklərə yayılacaq.