XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 June 2017 - 20:36

“Fiziki meteorologiya” dərsliyiçapa hazırlanır

“Fiziki meteorologiya (məsələ həlli ilə birgə)” dərsliyi çapa hazırlanır.

Bakı Dövlət Universitetindən Azərtac-a bildiriblər ki, bu ali məktəbin coğrafiya fakültəsinin professoru Əsgər Məmmədov tərəfindən hazırlanan dərslikdə hava proseslərinin formalaşması, dəyişməsi, hava anomaliyyalarının yaranma səbəblərinin izahı verilir.

Eyni zamanda, bəzi atmosfer hadisələrinin proqnozlaşdırılması məsələsinə aydınlıq gətirilir.

Dərslik tələbələr və bu sahənin mütəxəssisləri üçün nəzərdə tutulur.