XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

05 Aprel 2015 - 18:41

Artur Rasi-zadə yeni qərar verdi, komissiya yarandı

Baş nazir Artur Rasizadə Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli məqsədi ilə komissiyaların yaradılması haqqında qərar verib.

Nazirlər Kabinetindən lent.az-a verilən məlumata görə, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanunun tətbiqi barədə” ölkə prezidentinin sərəncamına əsasən, bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün Ədliyyə Nazirliyinin (komissiyanın sədri), Maliyyə Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və bələdiyyənin (o cümlədən, birləşən və ləğv edilən bələdiyyələrin) hər birindən bir nümayəndə daxil edilməklə, müvafiq komissiyalar yaradılır.

Komissiyaların fərdi tərkibinin təsdiq edilməsi üçün Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və rayon icra hakimiyyəti orqanları, habelə birləşən bələdiyyələr 5 gün müddətində öz nümayəndələri barədə təkliflərini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.