XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

12 İyun 2017 - 10:21

Mahmud Məmmədquliyev:“Bu siyasətimizin əsasında qabaqlama, təqib prinsipləri durur”

“İnsan alverinə qarşı mübarizə Azərbaycanın dövlət siyasətinin vacib prioritetlərindən biridir”.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu gün “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması” layihəsinin açılış mərasimində deyib.

M.Məmmədquliyev bildirib ki, Azərbaycan insan alverinə qaşı mübarizə sahəsində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir və bu siyasətin əsasında qabaqlama, təqib prinsipləri durur.

Nazir müavini bildirib ki, bu gün insan alveri ilə mübarizə sahəsində layihənin təqdimatı keçirməklə Beynəlxalq Miqrasiya Təşkilatı, Avropa ittifaqı və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın yeni mərhələsinin əsası qoyulur:

“İnanırıq ki, bu layihə əvvəlki layihələr kimi uğurla həyata keçiriləcək və insan alverinə qarşı mübarizədə daha geniş imkanlar açacaq. Azərbaycan tərəfi layihədə nəzərdə tutulmuş tərəf qismində çıxış edəcək və layihənin uğurla icra olunmasında öz öhdəliyini yerinə yetirəcək. Biz layihınin həyata keçirilməsində dəstək verməyə hazırıq”. (Trend)