İyunun 10-da ABŞ prezidenti Tramp Kristen Piatkovski və Tuker Qladhilin toy mərasiminə gedərək sürpriz edib.
Tramp toya gecə 10.30-da gedib. Toyun keçirildiyi yer Nyu-Cersi, Bedminsterdə yerləşən “Tramp Milli Qolf Klub”- u olub.
Toydakı iştirakçılardan biri bildirb ki, Trampın gəlişindən qonaqların xəbəri olmayıb. Tramp gəlmədən öncə mühafizəçilər qonaqların prezidenti əhatə etməyəcəyindən əmin olduqdan sonra Tramp zala daxil olub.
Tramp gəlinlə bəyin adlarını öyrəndikdən sonra şəkil çəkdirib. Bundan əlavə, Tramp “Amerikanı yenidən böyük et!” şüarı olan papaqları imzalayıb və qonaqlara təqdim edib.
Ağ Evdən bu barədə heç bir məlumat verilməyib. Trampın Bedminsterə səyahətini müşaiyət edən mətbuat işçiləri isə xəbəri sosial mediadan öyrəniblər.