Xətai rayonu Yeni Əhmədli qəsəbəsi Vunk-Tau küçəsindəki ağaclıq sahədə baş vermiş yanğın məhdudlaşdırılıb.
APA-nın xəbərinə görə, alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Təxminən 20 hektara yaxın ərazini əhatə edən yanğın nəticəsində ağaclara ziyan dəyib. Hadisənin başvermə səbəbi araşdırılır.
Yanğının tam söndürülməsi yanğınsöndürmə briqadaları və texnika çalışır.