XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

13 İyun 2017 - 14:53

Deputatdan MTK-lara etiraz:“Sanki kirayə haqqı yığırlar”

“Yeni hündürmərtəbəli binalarda mənzil-tikinti şirkətləri kommunal xərcləri yığırlar. Elə yerlər var ki, bir mənzil üçün 150-200 manat aylıq pul alınır. Sanki kirayə haqqı ödənilir”.

Bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən növbədənkənar iclasında Mənzil Məcəlləsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, birbloklu mənzillərdə mühafizəçiyə ehtiyac yoxdur:

“Texnologiya inkişaf edib, ona görə də mühafizəçi olmaya da bilər. Lift pulu ilə bağlı da fərqli yanaşma olmalıdır, binanın 16-cı mərtəbəsindəki mənzillə aşağı mərtəbələrdəki mənzillər arasında fərq olmalıdır, bunların pulu eyni ola bilməz. Mənzil-Tikinti Kooperativləri (MTK) binadakı təmizlik işlərinə baxırlar. Bir də, 5-7 ildənbir binanın fasadını yeniləyirlər, əvəzində xeyli pul alınır”.

Digər deputatlar da MTK-ların sakinlərdən pul yığmasına etiraz edib/Modern.az.