XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

14 İyun 2017 - 12:37

Nazirlik:"Ölkədə fitosanitar nəzarətin gücləndirilməsinə ehtiyac var"

Hazırda bitki mənşəli məhsulların beynəlxalq ticarətinin genişləndirilməsi və regionda ölkələr arasında ticarət dövriyyəsinin artması zəminində ölkədə fitosanitar nəzarətin daha da gücləndirilməsinə ehtiyac var.

Kənd Təsərrüfatı Nazirliyindən (KTN) Trend-ə verilən məlumata görə, bunu FAO-nun “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində “İdxal zamanı bitki və bitki mənşəli məhsulların yoxlanılması” üzrə təlim seminarda KTN yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.

Xidmət rəisi bu baxımdan ölkə ərazisinin zərərli orqanizmlərdən mühafizəsinin gücləndirilməsi, karantin tətbiq edilən zərərli orqanizmlərin əmələ gəlməsi və yayılmasının qarşısının alınması sahəsində zərurətin olduğunu qeyd edib.

Dövlət sərhədinin buraxılış məntəqələrində risk və təhlükələrin çoxaldığını deyən Dövlət Gömrük komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi Rauf Məmmədov ölkədə ilk növbədə ərzaq və kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.