XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

14 İyun 2017 - 13:45

İcbari tibbi sığorta üzrə ödənişlərin həcminə vaxt açıqlanacaq?

Mingəçevir və Yevlaxda icbari tibbi sığorta ilə bağlı ödənişin, haqqın müəyyənləşdirilməməsi fəaliyyətin bu iki bölgədə pilot layihə kimi həyata keçirilməsi ilə bağlıdır.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, icrabi tibbi sığorta bütün Azərbaycanda tətbiq olunmağa başlayanda müvafiq haqlar açıqlanacaq.

Baş nazirin müavini bildirib ki, bu haqlar, ödənişlər elə səviyyədə olmalıdır ki, əvvəlcə icbari tibbi sığortanın maliyyə bazasını təmin etsin:

"Yəni dövlətlə bərabər icbari tibbi sığorta haqları da icbari tibbi sığortanın həyata keçirilməsi üçün maliyyə bazasını yaratmalıdır. İkincisi, həmin ödənişlər, haqlar insanlar üçün yükə çevrilməməli, onlar üçün məqbul səviyyədə olmalıdır. Biz hazırda bunun üzərində çalışırıq".