XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

14 İyun 2017 - 14:14

Almaniya səfiri Abşeronda oldu –“Milla” süd, “Caspian Fish“ və Masazır duz zavoduna baxıb

Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab bölgələrə müntəzəm səfər proqramı çərçivəsində Abşeronda olub.

Səfər çərçivəsində rayon icra başçısı ilə görüşdə Abşeronda siyasi və iqtisadi inkişaf məsələləri və qadınların Azərbaycan siyasətində rolu mövzularında fikir mübadiləsi aparılıb.

Səfirlikdən Strateq.az saytına bildiriblər ki, səfir Kindsqrab istehsal müəssisələri ilə tanış olub, “Milla” süd zavodunda Azərbaycan süd məhsullarının çıxarıldığı ənənəvi və yeni bazarlar haqqında məlumat verilib.  “Caspian Fish“ zavodu alman nümayəndə heyətinə müxtəlif emal və qablaşdırma proseslərini nümayiş etdirib.  Abşerona məxsus olan ən səciyyəvi xüsusiyyətlərindən biri orada çoxsaylı duz göllərinin olmasıdır. Səfir Kindsqrab səfərin sonunda bir neçə ildir ki mövcud olan və “AZƏRSUN” holdinqə məxsus olan Masazır duz zavodu ilə tanış olub.

Laçın

Strateq.az