XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

14 İyun 2017 - 16:35

Ali məktəblərin nəzdində hazırlıq qruplarına abituriyent qəbulununşərtləri necə olacaq?

Təhsil naziri Mikayıl Cabbarov ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərəcək hazırlıq qruplarına abituriyent qəbulunun şərtlərinin necə olacağı məsələsinə münasibət bildirib.

Trend-in məlumatına görə, M.Cabbarov jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı qanunvericilik qüvvəyə mindikdən sonra ətraflı məlumat veriləcək:

“Bundan sonra Təhsil Nazirliyi tərəfindən mexanizm barədə ətraflı məlumat veriləcək. Keçmişdə bu məsələ barədə ilkin məlumat verilmişdi. Müzakirələrdə və kütləvi informasiya vasitələrində yayılan şərhlərdə qeyri-dəqiqlik var idi. Ona görə də anlaşmazlıq yaratmamaq üçün təklif edərdim ki, qanunvericiliyin sonuncu variantını gözləyək. Bunun əsasında Təhsil Nazirliyi tərəfindən tam dəqiq məlumat veriləcək”.