XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

24 Noyabr 2015 - 08:34

“Muğanbank”ın özünü yandırmış şəxslə bağlı açıqlaması: “Bizim belə müştərimiz yoxdur”

yandiran bank.jpg

“Muğanbank” ötən gün Binəqədi filialının qarşısında özünü yandırmış və bankın müştərisi olduğu bildirilən şəxslə bağlı açıqlama yayıb.

Strateq.az-a daxil olan açıqlamada bildirilir ki, kütləvi informasiya vasitələrində yayılmış məlumatda Hüseynov Malik Abbas oğlu adlı şəxsin bankdan pul götürərək avtomobil aldığı, pulu ödəyə bilmədiyi və avtomobilin bankın təqdimatı ilə polis tərəfindən müsadirə olunduğu bildirilir: “Nəzərinizə çatdırmaq istəyirik ki, nəinki Binəqədi filialında, ümumiyyətlə, “Muğanbank” ASC-də Hüseynov Malik Abbas oğlu adlı müştəri yoxdur və bank tərəfindən DYP–yə Hüseynov Malik Abbas oğluna məxsus avtomobilin saxlanılmasına dair müraciət olunmayıb”.