Mingəçevridəki şəhid bulaqlarına qoyulmuş sayğacın aylıq ödənişlərini “Azərsu” ödəyəcək.
Strateq.az bildirir ki, bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə yazıb: “İndi "Azersu" şirkətinin mətbuat katibi Anar Cəbrayıllı ilə danışdım. O bildirdi ki, şirkətin rəhbəri Qorxmaz Huseynlinin tapşırığına əsasən Mingəçevirdəki altı şəhid bulağının aylıq ödənişlərini “Azərsu”nun hesabına odenilecek”.
Xatırladaq ki, şəhid bulaqlarına sayğac qoyulması cəmiyyətədə rezonans doğurmuşdu.