XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

16 İyun 2017 - 12:27

Elçilərinə rədd cavabı alan oğlan qızın atasını döyüb xəstəxanaya saldı

 

Bakıda evlənmək istəyən oğlan onun elçilərinə “yox” cavabı verən qızın atasını və əmisini döyüb.

“Report” xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Həsən Məhəmmədzadə Lənkəran rayon sakini, qızını ona verməyən Mehman Əliyevin Mərdəkan qəsəbəsindəki evinə hücum edərək onu və qardaşını döyüb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.