XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 June 2017 - 12:57

Azərbaycanda əhalinin 77 faizinin internetə çıxışı var

Azərbaycanda İKT sahəsinin inkişafı çox vacib prioritet sahələrdən biridir. Ölkədə İKT sektorunun inkişafı, xüsusən də yüksəksürətli genişzolaqlı internet xidmətlərinin təkmilləşdirilməsi istiqamətində qəbul edilən dövlət proqramları, həyata keçirilən layihələr olduqca əhəmiyyətlidir.

‪Bu fikirləri iyunun 16-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daxili nəzarət və audit şöbəsinin müdiri Tahir Məmmədov "Azərbaycanda genişzolaqlı internetin inkişaf strategiyası və yeni nəsil şəbəkələrinin tədrisdə tətbiqi" mövzusunda keçirilən konfransda bildirib.

‪T.Məmmədov qeyd edib ki, bu gün dünyada internetə çıxışı olan əhalinin sayı 50 faizə çatmırsa, Azərbaycanda əhalinin 77 faizinin internetə çıxışı var, onlardan 76,7 faizinin genişzolaqlı internetə çıxışı təmin olunub.

‪Konfransı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin nəzdində Beynəlxalq Rabitə Akademiyası (BRA) və akademiyanın Azərbaycan bölməsi birgə təşkil edib.

‪Sonra "Azərbaycanda genişzolaqlı internetin inkişafı", "Yeni nəsil şəbəkələrinin (NGN) tədrisə tətbiqi, "Bakı şəhərində internetin inkişafı perspektivləri", "Azərbaycanın rayon və şəhərlərində internetin inkişafı perspektivləri" və digər mövzularda çıxışlar olub, müzakirələr aparılıb.