XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2017 - 18:04

Göyçayda 4 bal gücündə zəlzələ oldu

Göyçay rayonunda zəlzələ olub.

Təkanların ətraf rayonlarda da hiss olunduğu bildirilir. “Göyçay rayonunda baş vermiş zəlzələ elə də güclü zəlzələ deyil”.

 Bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. Direktor bildirib ki, zəlzələ bu gün saat 17:41-də qeydə alınıb.  Yeraltı təkanın dərinliyi 50 km, maqnitudası 4,3 olub.

 Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.