XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 November 2015 - 06:28

Bəzi rayonlarda təbii qazın verilişində fasilələr yaranacaq – “Azəriqaz”

Bakı şəhəri Sabunçu rayonunda, həmçinin Mingəçevir, Xaçmaz, Şəki və Kürdəmir rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, yeni yaşayış sahəsinin qazlaşdırılması, qəsəbə və kəndlərə təbii qazın verilməsi, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə noyabrın 25-dən saat 09:00-dan 18:00-dək Sabunçu rayonunun 2 saylı Sovxoz və Nardaran, Pirşağı, Kürdəxanı qəsəbələrinin, Mingəçevir, Xaçmaz, Şəki və Kürdəmir rayonlarında təbii qazın verilişində fasilələr yaranacaq.