XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

25 Noyabr 2015 - 09:17

Bakıda tekila festivalı başlandı: Qızardılmış cırcırama ilə içilən əfsanəvi Meksika içkisi – FOTOLAR

 

tekila02.jpg

Meksikanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda ilk dəfə Tekila Festivalına start verilib.

Xatırladaq  ki, oktyabr ayının sonu-noyabr ayının əvvəlində Bakıda ilk Mezkal Dequstasiyası Festivalı baş tutmuşdu.

Səfir Rodriqo Labardini jurnalistlərlə bir araya gələrək adıçəkilən içki barədə məlumat verdi. Dedi ki, aqava XVI əsrdən başlayaraq tekilanın istehsalı üçün istifadə olunur. 2 min il ərzində qıcqırdılmış içkilər və geyimlərin istehsalında aqavadan istifadə olunub. Aqava mədəniyyəti milli özünüdərkin bir parçasına çevrilib. Tekilanın 136 növ aqava bitkisindən hazırlandığını deyən diplomat, tekilanın mezkal içkisinin bir növü olduğunu vurğuladı. 10 il əvvəl Meksikada yalnız 36 tekila evi var idisə, indi bu rəqəm 160-ı ötüb. Tekila Meksikanın Xalisko ştatındakı Tekila şəhərində yaranmış bir içkidir. Mezkal kimi, tekila göy aqava adlanan Tekila aqavası bitkisinin şirəsinin qıcqırması və qovulması nəticəsində əldə edilir.  Bu içki, Xalisko ştatı daxil olmaqla, Meksikanın 5 ştatında – Guanaxuato, Miçoakan, Nayarit, Tamaulipasda istehsal olunur. Tekila Meksikanın ən məhşur və ölkəni dünyada ən çox tanıdan bir içkidir. ABŞ, İspaniya, Panama, Almaniya, Rusiya, Böyük Britaniya, Latviya, Fransa, Yaponiya aparıcı tekila istehlakçısı olan ölkələrdir.

tekila01.jpg

 Tekila adını qazanmaq üçün içkinin tərkibində ən azı 51 faiz aqava mənşəli şəkər olmalıdır. Təmiz tekila isə 100 fazi aqava tərkiblidir. Qarışıq tekilalarda aqava qarğıdalı siropu və şəkər qamışı ilə qarışdırılır. Səfir dedi ki, tekila aqavasının illik istehsalı 900 min tondur və bu içkinin dünyaya təqdim olunmasında 300 min nəfər çalışır. Tekila hər kəsin zövqü üçün istehsal olunur.  Markasına, keyfiyyətinə və saxlanma müddətinə görə tekilanın qiyməti arasında fərq dəyişir. Meksikada 3 dollardan 5 min dollara qədər tekila almaq mümkündür.

Tekilanın müxtəlif növü var: ağ, qızıl, açıq, tünd, daha tünd və s. Ağ rəngli tekila bir dəfə emal olunur. Tekila Amerika palıdından hazırlanmış 600 litrlik çəlləklərdə saxlanılır. Bir yetişmiş aqavanın çəkisi 200 kilodur. Sinkominas tekilası içi çıxarılmış və üstünə qırmızı pul bibər səpilmiş xiyarın içinə süzülüb içilir. Mezkal və tekila adətən qurudulmuş, sarımsaq və açı bübər qarışığı ilə az yağda qızardılmış çırçırama ilə birlikdə içilir. Bir sözlə, mezkal, tekila içkiləri kədəri unutdurur, dostları yada salmağa kömək edir. Həyat birdirsə, tekila ikidir.

 

tekila03.jpg

Səfir sonda vurğuladı ki, gələcəkdə Meksikanın adı dillər əzbəri olan istiotlu şirniyyat festivalının keçirilməsi nəzərdə tutulub. Bu şirniyyatların bəzisi tamarindo meyvəsindən hazırlanır.

İdxal MMC-nin dəstəyi ilə keçiriləcək tekila festivalı Maya restoranı, İnturist, Fairmont otelində 28 noyabra kimi davam edəcək.

Laçın SƏMLA

 

tekila04.jpg

 

tekila05.jpg